Webiznes

Hüquqi

Məxfilik siyasəti

Bu Məxfilik Siyasəti webiznes.com saytından istifadə zamanı hansı məlumatların toplandığını, hansı məqsədlərlə istifadə edildiyini və necə qorunduğunu izah edir.

01

Operator və hüquqi status

Saytı idarə edən brend: Webiznes (webiznes.com). Hazırda Webiznes layihə əsaslı texnologiya təşəbbüsüdür; müvafiq vergi qeydiyyatı (VÖEN) tamamlanmayıb və qeydiyyatdan keçmiş hüquqi şəxs kimi təqdim edilmir.

Ödənişli xidmətlər və kommersiya fəaliyyəti VÖEN tamamlandıqdan sonra başlayacaq. Hazırda sayt vasitəsilə yalnız ilkin layihə müraciətləri və əməkdaşlıq sorğuları qəbul edilir.

02

Toplanan məlumatlar

İlkin layihə müraciəti formasından istifadə etdiyiniz zaman aşağıdakı məlumatlar təqdim oluna bilər:

  • ad
  • elektron poçt ünvanı
  • biznes / şirkət / sahə (istəyə bağlı)
  • layihə tipi
  • mövcud sistem haqqında məlumat
  • təxmini büdcə və vaxt çərçivəsi (istəyə bağlı)
  • layihə və müraciətlə bağlı könüllü şəkildə paylaşılan digər məlumatlar

Texniki təhlükəsizlik və sui-istifadənin qarşısını almaq üçün forma göndərişlərində IP ünvanı kimi məhdud texniki məlumatlar qısa müddətli məhdudiyyət (rate limit) məqsədilə emal oluna bilər. Bu məlumat marketinq profilinə çevrilmir.

Webiznes müraciətin qiymətləndirilməsi üçün zəruri olmayan həssas və artıq məlumatların təqdim edilməsini tələb etmir.

03

Məlumatların toplanma məqsədi

Təqdim olunan məlumatlar aşağıdakı məqsədlərlə istifadə edilə bilər:

  • ilkin layihə müraciətinə cavab vermək
  • ehtiyacı və kəsimi netləşdirmək
  • qısa yol xəritəsi və ya növbəti addımı yazmaq
  • texniki və xidmət sorğularını cavablandırmaq
  • saytın təhlükəsizliyini və düzgün işləməsini təmin etmək

Fərdi məlumatlar toplanma məqsədinə uyğun olmayan başqa məqsədlər üçün — o cümlədən reklam profili və satışı üçün — istifadə edilmir.

05

Məlumatların paylaşılması

İstifadəçilər tərəfindən təqdim olunan fərdi məlumatlar qanuni əsas olmadan üçüncü şəxslərə satılmır və kommersiya məqsədilə ötürülmür.

Texniki xidmətlərin göstərilməsi (məsələn, hosting və ya e-poçt çatdırılması) üçün zəruri olduqda, məlumatlar müvafiq təhlükəsizlik tədbirləri ilə üçüncü tərəf xidmət təminatçıları vasitəsilə emal oluna bilər.

06

Məlumatların təhlükəsizliyi

Webiznes fərdi məlumatların icazəsiz girişdən, dəyişdirilmədən, itirilmədən və qanunsuz istifadədən qorunması üçün uyğun texniki və təşkilati tədbirlər görür (HTTPS, forma məhdudiyyəti, giriş yoxlaması və digər ehtiyat tədbirləri).

Lakin internet üzərindən heç bir məlumat ötürülməsinin tam risksiz olduğuna zəmanət verilmir.

07

Məlumatların saxlanılması

Fərdi məlumatlar yalnız toplanma məqsədinin həyata keçirilməsi üçün zəruri olan müddət ərzində və qanunvericiliyin tələbləri nəzərə alınmaqla saxlanılır. Məqsəd üçün artıq zəruri olmayan məlumatlar silinir və ya anonimləşdirilir.

08

İstifadəçinin hüquqları

Qanunvericiliklə müəyyən edilən hüquqlar çərçivəsində istifadəçi öz fərdi məlumatları barədə məlumat əldə etmək, onların düzəldilməsini, yenilənməsini və ya silinməsini tələb etmək hüququna malikdir.

Bu hüquqlardan istifadə üçün: info.webiznes@gmail.com

09

Yetkinlik yaşına çatmayan şəxslər

Sayt xüsusi olaraq uşaqlara yönəldilməyib. Yetkinlik yaşına çatmayan şəxslərdən fərdi məlumat toplandığı təqdirdə, valideyn və ya qanuni nümayəndənin razılığı tələb oluna bilər.

10

Üçüncü tərəf xidmətləri və digər bildirişlər

Hazırda saytda analitika və ya reklam məqsədli izləmə alətləri istifadə edilmir. Google Analytics, Meta Pixel və oxşar izləmə skriptləri yüklənmir. Yalnız saytın işləməsi üçün zəruri texniki xidmətlərdən (hosting, form və e-poçt çatdırılması) istifadə olunur.

Çərəzlər və texniki saxlama barədə ətraflı məlumat Çərəz Siyasətindədir. Demo ekranlardakı rəqəmlər real müştəri məlumatı deyil — Demo bildirişinə baxın.

Gələcəkdə analitika və ya digər üçüncü tərəf xidmətləri əlavə edildiyi halda, bu barədə ayrıca məlumat veriləcək və müvafiq siyasətlər yenilənəcək.

Çərəz siyasəti →

11

Dəyişikliklər

Webiznes bu Məxfilik Siyasətini qanunvericilikdəki dəyişikliklərə və saytın funksiyalarına uyğun olaraq yeniləyə bilər. Yenilənmiş versiya bu səhifədə dərc olunduğu tarixdən etibarən qüvvəyə minir.

12

Əlaqə

Məxfilik və fərdi məlumatlarla bağlı suallar üçün: info.webiznes@gmail.com

Bu mətnlər hüquqi məsləhət deyil. Yekun siyasət, sahibkarlıq statusu təsdiqlənəndən sonra hüquq mütəxəssisi ilə yenidən nəzərdən keçirilməlidir.

Layihəni danışaqInstagram-da yaz