Kiçik komandada Excel və WhatsApp çox iş görür. Ucuzdur, hamı bilir, dərhal başlayır. Problem alətin özü deyil — sərhədin itməsidir.
İş necə dağılır
Sifariş bir söhbətdə, stok başqa cədvəldə, pul üçüncü yerdə qalır. Kim cavabdehdir — şəkilin altında bir ad. Yeni adam gələndə tarix tapılmır.
Bu mərhələdə “daha yaxşı Excel” az kömək edir. Lazım olan: eyni statusu hamının gördüyü bir yer, kim nə etdi izi, və növbəti addımın yazılı qalması.
Nə vaxt danışmaq lazımdır
Eyni sual üçüncü dəfə soruşulursa, ödəniş və stok razılaşmırsa, sahədəki adam ofisə zəng etmədən işi bitirə bilmirsə — bu artıq vitrin yox, axın məsələsidir.
Webiznes belə işi bir sistemə yığır. Qiymət və əhatə kəşfdən sonra yazılır — burada vəd yoxdur, yalnız sərhəd.