Webiznes

2026-10-04

Qiymət necə yazılır — və niyə siyahı yoxdur

Sabit paket qiyməti uydurmuruq. Əhatə, müddət və növbəti addım kəşfdən sonra yazılır. Formadakı ₼ bandı sizin təxmindir.

Eyni “sayt” sözü bir landing və bir portal demək ola bilər. Sabit rəqəm ya alıcını qorxudur, ya da əhatəni gizlədir. Ona görə paket adları istiqamətdir, çek deyil.

Nəyə baxırıq

Səhifə sayı yox: axın, rol, inteqrasiya, mövcud sistem, kim istifadə edəcək. START adətən 2–4 həftəlik kiçik kəsimdir; BUSINESS panel və auth olanda uzanır. SCALE və PRODUCT mərhələlidir.

Formadakı ₼1 000–8 000+ bandları sizin büdcə təxmininizdir. Bizim təklifimiz ondan sonra, yazılı əhatə ilə gəlir. Uyğun deyilsə bunu da deyirik.

Layihəni danışaqInstagram-da yaz